8 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda inflyasiya 3.3%-ə yüksəldi – Son 33 ayın maksimumu

İstehlak bazarında qiymətlərin dəyişməsi haqqında 2021-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar ayına nisbətən 3.3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4.6 faiz, qeyri-ərzaq məhsulları üzrə 3.5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 1.3 faiz təşkil etmişdir.

Bu barədə məlumat Banker.az-a Dövlət Statistika Komitəsindən daxil olub.

Qeyd edək ki, sonuncu dəfə 2018-ci ilin aprel ayında 3.5% illik inflyasiya qeydə alınmışdı. Son 5 ildə ən böyük inflyasiya 14% olmaqla 2017-ci ildə qeydə alınıb.

2021-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1.2 faiz təşkil etmişdir.

4982342

Cari ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, yumru düyünün, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, kolbasa məmulatlarının, təzə balığın, südün, qatılaşdırılmış şəkərli südün, yoqurtun, xamanın, pendirin, yumurtanın, kərə, zeytun, günəbaxan və qarğıdalı yağlarının, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, fındığın, kələmin, xiyarın, bibərin, badımcanın, balqabağın, çuğundurun, yerkökünün, kartofun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun, meyvə şirəsinin, pivənin, ucuzlaşma isə əsasən mal və qoyun ətinin, dondurulmuş balığın, bananın, portağalın, kivinin, qozun, şabalıdın, pomidorun qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

2021-ci ilin yanvar ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 2.5 faiz təşkil etmişdir. Cari ilin yanvar ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksinin artması Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətlərinin artırılması, habelə pambıq parçaların, yağlı və sulu boyaların, divar kağızlarının, kəsilmiş taxtanın, kərpicin, sementin, soyuducuların, paltaryuyan maşınların, kondisionerlərin, tozsoranların, televizorların, noutbukların və zərgərlik məmulatlarının qiymətlərində bahalaşmanın müşahidə olunması ilə bağlı olmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir. 2021-ci ilin yanvar ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0 faiz təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər