Fevralın 3-cü hərracı dollara tələbin yenidən aşağı düşdüyünü göstərir.
9 fevral 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.
Hərracda tələb 57.1 mln. ABŞ dolları təşkil edib. Bu da sonuncu hərracla müqayisədə 5.3% az olması deməkdir. Həmçinin 2020-ci ilin noyabr ayının son hərracından bu tərəfə ən aşağı rəqəmdir.
AMB açıqlamasında bildirir ki, banklar valyuta ilə “tam təmin edilib”.
Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışdır.
Beləliklə, fevralın üç hərracında cəmi 177.3 mln. dollar valyuta satılıb.