2020-ci il ərzində Azərbaycan ərazində 409.65 milyon manatlıq avtomobil satışı həyata keçirilib.
Banker.az xəbər verir ki, bu da öncəki illə müqayisədə 1% azdır. 2019-cu ildə 414.17 mln. manat avtomobil satışı həyata keçirilmişdi.
Bu avtomobillərin 405.5 milyon manatı (2019: 413.18 milyon manat) minik avtomobilləri və qalan 4.15 milyon manatı isə digər avtomobillər təşkil edib.