“Bloomberg”in verdiyi məlumata görə, Cənubi Koreya dünyanın ən yenilikçi iqtisadiyyatlarının sıralamasında yenə birinci yerə qayıdıb, ABŞ isə ilk onluqdan çıxıb. Qeyd edək ki, Almaniya bu reytinqdə dördüncü yerdədir.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Asiya ölkəsi son doqquz ildə yeddinci dəfədir ki, dünyanın ən yenilikçi iqtisadiyyatı kimi seçilir. Bu, Koreyanın patent aktivliyi və istehsal sahəsindəki uğurları ilə əlaqədar olub.
İşçilərin və şirkətlərin rəqəmsal iqtisadiyyata keçid etməsi üçün dövlət fondlarını yaradan Sinqapur ikinci sırada yer alır. O, istehsal sahəsində yüksək nəticələr əldə edir və dünya səviyyəsində rəqabət aparan universitetlərin sayına görə birinci yerdədir.
Maliyyə və bioloji texnologiyalar sahəsində lider olan İsveçrə hər iki tədqiqat indeksi kateqoriyasında ən yüksək mövqedədir.