Neft 61 dollarda lövbər salıb

Dünya birjalarında neftin qiymətinin ardıcıl olaraq təchizatda yarana biləcək “defisit qorxusu” səbəbindən artımların ardından, cüzi qiymət itkisi baş verib.

Banker.az Bakı vaxtı ilə 08:44 radələrinə olan göstəricilərə istinadla bildirir ki, Londonun qitələrarası fond birjasında Brent nefti (aprel üçün) 3 sent (0.05%) ucuzlaşmaqla 61.06 dollar/barrelə, Nyu-Yorkun əmtəə birjasında WTI markalı xam neft (mart üçün) 9 sent (0.15%) ucuzlaşmaqla 58.27 dollar/barrel səviyyəsinə düşüb.

Ucuzlaşma Asiya birjalarında da müşahidə edilir. Tokio birjasında xam neftin hər kilo litri     iyul üzrə fyuçerslərdə 390 yuan, yəni, 1.01% ucuzlaşmaqla 38 140 yuan olub.

Son xəbərlər
Digər xəbərlər