2020-ci ildə Azərbaycanda adi şüşə istehsalı 20% kiçilib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, geridə qalan 2020-də ölkə ərazisində 930 min kv-metr float-şüşə istehsal edilib. Bu 2019-cu ildə 1 163.87 min kv-metr idi.
Hesabat ili müddətində 129 min kv-metr həcmində qalınlığı 3.5 mm-dən çox olan, armaturlaşdırılmamış float-şüşə istehsal edilib. Bu öncəki il 126 min kv-metr idi.
Bundan əlavə içki və ərzaq malları üçün həcmi 2.5 litrdən az olan rəngsiz tutumlar 75.98 mln ədəd olub, bu öncəki ildə 54.97 mln idi.