1 C
Baku
Saturday, December 14, 2024

EIA da neftin qiymət proqnozunu yüksəltdi

ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) Brent markalı xam neftin cari il üzrə proqnozunu 52.70 USD/bll. səviyyəsindən 53.20 USD/bll. səviyyəsinə qədər yüksəldib.

EIA-nın “Short-Term Energy Outlook – February 2021” hesabatında bu ilin yarısında ortalama 54.47 dollar, ikinci yarısında 52 dollar olaraq gerçəkləşməsi gözlənən Brent  nefti  ortalama olaraq 55.19 dollar olacağı proqnozlaşdırılır.

Qərbi Texas nefti (WTI) bu il 50.21 dollar/barrel, növbəti ildə isə 51.56 olacağı təxmin edilib.

EİA-nın açıqlamasına görə, yanvarda müşahidə edilən qiymət artımları Səudiyyə Ərəbistanın fevral və mart aylarında könüllü olaraq aylıq hasilatı 1 mln barrel azaldılması ilə artım müşahidə edilib. Lakin, ilin ikinci yarısından anbarlarda olan ehtiyatlarda azalmaların yavaşlayacağı və bunun da qiymətlərdəki yüksəlmələrin məhdudlaşdırılacağı proqnoz edilir.

Son xəbərlər
Digər xəbərlər