“Bloomberg Economics”in təqdim etdiyi qrafikdə Çin iqtisadiyyatının ABŞ iqtisadiyyatını keçdiyi göstərilir.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
2016-cı ildə Donald Tramp seçkilərdə qələbə qazandıqda, Çinin ÜDM-si ABŞ-ın ÜDM-sinin 60%-i təşkil edib. Prezidentliyin dörd illik müddətinin sonunda ÜDM 70%-ə çatıb.
Mütəxəssislərin fikrincə, bu təhdid Co Baydenin Asiya ölkəsinə yanaşmasına təsir göstərəcəkdir, çünki ABŞ və Çin arasındakı münasibətlərin yeni quruluşu dünya iqtisadiyyatını və bazarları kəskin şəkildə dəyişdirə bilər.