7 C
Baku
Thursday, December 12, 2024

“SOCAR”ın müəssisəsi kapitalından 7 milyon manatı geri götürüb

“SOCAR Construction” MMC-nin nizamnamə kapitalı 2-ci dəfə azaldılıb.

“SOCAR Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının 8 972 311 manat məbləğdən 2 198 970 manat məbləğə azaldığını elan edir. Belə ki, “SOCAR Construction” MMC-nin nizamnamə kapitalo 6 773 341 manat azalıb.

Nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Abdulvahab Salamzadə küçəsi, ev 65A ünvanına bildirə bilərlər.

2020-ci ilin sonlarında  “SOCAR Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının 20 600 900 manat məbləğdən 8 972 311 manat məbləğə azaldığını elan etmişdir.

Onu da qeyd edək ki, “SOCAR Construction” MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin qanuni təmsilçisi Zaur Ağayevdir.

Son xəbərlər
Digər xəbərlər