22 C
Baku
Friday, September 20, 2024

“Hyundai” avtonom çatdırılma robotu konseptini təqdim edib – Video

“Tiger X-1” yol üzrə hərəkət etmək üçün dörd təkərdən istifadə edir, yüksək maneələrə rast gələndə isə bədəninə quraşdırılmış “ayaqları” işə salır və addımlamağa başlayır.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Robotun konstruksiyası eyni sürətlə həm qabağa, həm də arxaya hərəkət etməyə imkan verir. Təkərlərdəki mühərriklər də daxil olmaqla, “Tiger X-1” 28 mühərrik və sensorla təchiz edilib.

indir 20 scaled

Tərtibatçılar bu robotlara qida və dərmanların çatdırılması mümkünsüz olan ərazilərdə tələbatın yüksək olacağını gözləyirlər.

Konsepsiya “Hyundai” şirkətinə daxil olan “New Horizons Studio” studiyası ilə birlikdə hazırlanmışdır.

indir 21

Son xəbərlər
Digər xəbərlər