7 C
Baku
Sunday, December 15, 2024

İranın metal birləşməli uran istehsal etdiyi təsdiqləndi

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi bəyan edib ki, İran uranın metal birləşməsinin istehsalına başlayıb.

Bu barədə “Associated Press” məlumat yayıb.

Agentliyə üzv dövlətlərin nümayəndələri ilə görüşdə Qrossi bildirib ki, 8 fevralda agentliyin müfəttişləri İsfahan şəhərindəki müəssisədə az miqdarda – 3,6 qram metallı uran istehsal edildiyini təsdiq ediblər.

Agentlik həmçinin, metal birləşməli uranın atom bombası istehsalında istifadə edilə biləcəyini xatırladıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər