Qlobal iqtisadiyyat üçün yeni problemlər proqnozlaşdırılır

BMT mütəxəssislərinin hesabatına istinadən verilən məlumata görə, dünya iqtisadiyyatı 2021-ci ilin birinci rübündə yeni problemlərlə üzləşə bilər.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Təşkilatın Ticarət və İnkişaf Konfransının (UNCTAD) verdiyi hesabata görə, ən çox pərakəndə satış sektoru zərər çəkəcək. Mütəxəssislər bu sənayenin 1.5%, xidmət sektorunun isə 7% azalacağını proqnozlaşdırırlar. Eyni zamanda, bu mərhələdə dünya ÜDM-sinə məhz xidmət sektoru mənfi təsir göstərəcək.

Qeyd edildiyi kimi, iqtisadiyyatdakı problemlər yenə koronavirus pandemiyası səbəbindən tətbiq olunan məhdudiyyətlərlə əlaqəlidir. Xüsusilə, turizm sənayesi böyük zərər çəkib. Ekspertlər ən çox bu sənayenin təsirləndiyini vurğulayırlar.

Son xəbərlər
Digər xəbərlər