Hazırda Azərbaycan fəaliyyət göstərən 44 bankın 743 ədəd filial şəbəkəsi mövcuddur.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, son rüb, yəni 3 ay ərzində 17 bank filialı açılıb.
Onu da qeyd etmək lazımdır ki, son illər bankların filiallarının sayı durmadan artmaqdadır.
Belə ki, ötən il ilə müqayisədə bütün banklar üzrə 60 bank filial şəbəkəsi açılıb. Hazırda yerli filialları olan bankların sayı isə ötən rübə nisbətən artaraq 41-ə çatıb.