10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan iqtisadiyyatı 2021-ci ilə 2.5 faiz resessiya ilə start verdi

2021-ci ilin yanvar ayında ölkədə 6 milyard 256.8 milyon manatlıq (3.68 mlrd dollar) olub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə (7.24 mlrd manat idi) 2.5 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Banker.az bunu Azərbaycanın Dövlət Statistika Komitəsinə istinad edir.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 6.2 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 0.1 faiz artmışdır.

Qeyd edək ki, 2020-ci il üzrə ÜDM-nin istehsalı həcmi öncəki illə müqayisədə 4.3 kiçilmə qeydə alınmışdı.

ÜDM istehsalının 40.6 faizi sənaye, 10.6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8.1 faizi nəqliyyat və anbar təsərrüfatı, 4.9 faizi tikinti, 3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1.9 faizi informasiya və rabitə, 0.6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 20.6 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9.7 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 625.6 manata bərabər olmuşdur.

Azərbaycan hökuməti neftin qiymətlərinin dəyişməsinə uyğun olaraq ölkə iqtisadiyyatının artım proqnozlarını formalaşdırıblar. Ölçü kimi götürülən Brent neftin qiyməti 35 USD/bll olarsa iqtisadiyyatın 2021-ci ildə 3%, 40 USD/bll olarsa 3.4% və 45 USD/bll olarsa 3.8% artım olacağını proqnoz edirlər.

Son xəbərlər
Digər xəbərlər