11 fevral 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.
Hərracda tələb öncəki hərracla müqayisədə daha 1.8% azalmaqla 56.1 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.
Bu sentyabrın 5-ci hərracında qeydə alınmış 54.4 mln. dollar həcmindən bu tərəfə ən aşağıdır.
Beləliklə, fevralın ilk dörd hərracında 233.4 mln. dollar satılıb.
Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışdır.