Azərbaycanda 13 milyon manata yaxın kapitalı olan şirkət ləğv edildi.
Banker.az xəbər verir ki, “Krosvey” MMC ləğv olunduğunu elan edir.
Kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 93 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Krosvey” MMC 2019-cu il oktyabrın 7-də qeydiyyatdan keçib. Bu şirkətin nizamnamə kapitalı 12 614 000 manatdır və qanuni təmsilçisi Cümşüd Bağırov Nuru oğludur.