21 C
Baku
Thursday, October 10, 2024

Amerikanın ilk milyonçusu

O hər şeyə çapçının köməkçisi ilə başlayıb, Amerikanın ilk milyonçusu kimi bitirmişdir və belə desək  “özü özünü yaratmışdı.

Burada söhbət Benjamin Franklindən gedir. O uşaq ikən çox kobud idi və dava etməyi sevirdi. Lakin bir dəfə o dərf edir ki, onun bu davranışları insanlarda inkar və düşmənçilik hissləri formalaşdırır. Bundan sonra o tamamilə dəyişmək və başqa bir insan olmağı qərara alır.

O ilk iş olaraq hər bir ideal insanın sahib olmalı olduğu 12 xeyirxahlıq qaydasının əks olunduğu siyahı yaradır. Bundan sonra isə bu qaydaları öz üzərində tətbiq etməyə başlayır. Zamanla o hər yeni bir həftədə yeni bir müsbət keyfiyyət əldə edirdi. O lazımi vərdişləri əldə etdikdən sonra onların hər birini əvvəl 2, sonra 3, daha sonra isə 1 ay ərzində sınaqdan keçirir.

Zamanla o dövrünün ən məşhur dövlət xadimlərindən birinə çevrilir. Hərbi fəaliyyətlər zamanı o ABŞ-ın Parisdəki nümayəndəsi vəzifəsini daşıyırdı. Onun ABŞ konstitusiyasının qəbul edilməsindəki rolunu isə qiymətləndirmək çətindir. Özündə ideal insan xarakterini formalaşdıran bu şəxs özündən sonra tarixdə böyük iz qoymağı bacarmışdı.

Son xəbərlər
Digər xəbərlər