6 C
Baku
Sunday, December 15, 2024

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 0.02% azalıb

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 17 milyon ABŞ dolları və yaxud 0,02 % azalaraq 95,519 milyard ABŞ dolları təşkil edib.

Bu barədə qurumun hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 41,153 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 1,016 milyon ABŞ dolları, yaxud 2,4 % azdır.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 999 milyon ABŞ dolları, yaxud 1,9 % artaraq 54,366 milyard ABŞ dolları təşkil edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər