TƏLƏBLƏR:
• Cinsi: kişi və ya qadın
• Təhsil: Ali (informasiya texnologiyaları sahəsində ali təhsili olan namizədlərə üstünlük verilir)
• İT sahəsində biznes-analitik və ya sistem analitiki vəzifəsində ən azı 2 il iş təcrubəsi
• Dil bilikləri: Azərbaycan (əla), Rus (yaxşı)
• Biznes sahəsi və biznes proseslərin idarə edilməsi haqqında biliklər
• Modellərin, blok-sxemlərin qurulması üçün istifadə olunan xüsusi proqramlarda işləmək bacarığı
• Proqram təminatının işlənməsinə sərf olunan resursların dəyərləndirmə metodları bilikləri
• Təşkilat, idarə və şöbələrin biznes prosesləri üçün ehtiyacların təmin edilməsini anlamaq, təhlil və rəsmiləşdirmək bacarığı
Şəxsi keyfiyyətlər
• Ünsiyyət qurmaq bacarığı
• Analitik düşünmə bacarığı
• Yeniliklərə tez adaptasiya olma bacarığı
• Yüksək nitq mədəniyyəti
• Yüksək təqdim etmə bacarığı
İŞÇININ VƏZIFƏSI:
• Şirkətin daxili biznes proseslərin avtomatlaşdırılması zəruriyyətinin təhlili
• Layihə qabağı yoxlamaların aparılması, Sifarişçinin təmsilçiləri ilə analitik müsahibələrin aparılması və işlənib hazırlanan proqram təminatına dair Sifarişçinin tələblərinin müəyyən edilməsi və təhlili
• Mövcud olan informasiya sistemlərinin/proqram təminatının və məqbul texnologiyaların ekspertizasının aparılması
• Proqram təminatından istifadə edərək istehsalat prosesinin optimallaşdırılma variantlarından seçim etməkdə Sifarişçiyə köməyin göstərilməsi
• Sifarişçinin tələblərini, istəklərini və imkanlarını nəzərə alaraq məlumat və proseslərin modellərinin sxemlər vasitəsi ilə qurulması və təsviri
• Hazır proqram təminatına dair istifadəçi təlimatların, qaydaların və reqlamentlərin işləyib hazırlaması
• İnformasiya sistemləri/proqram təminatın işləyib hazırlanmasına və təkmilləşdirilməsinə dair texniki tapşırığın hazırlanması
• Qurulan modellər üzrə Sifarişçi üçün təqdimatların keçirilməsi
• Təklif olunan və ya görülən xidmətlərin sərf olunacaq resurs cəhətdən dəyərləndirilməsi
İş şərtləri
• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 – 18:00
• İş günü 5/2 (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Şirkət tərəfindən nahar
Qeyd olunan tələblərə uyğun olan namizədlər öz CV formalarını [email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir )