2 C
Baku
Saturday, December 14, 2024

ABŞ-ın ən qədim bankı “Bitcoin”lə bağlı xidmətlər təqdim edəcək

ABŞ-da fəaliyyət göstərən “Bank of New York Mellon Corp.” bəyan edib ki, müştərilərinə “Bitcoin”lə bağlı xidmətlər təqdim edəcək.

Bu barədə xarici mətbuata istinadən xəbər verilir.

Məlumata görə, bankın açıqlamasından sonra dünyanın aparıcı kriptovalyutasının məzənnəsi 48 113 ABŞ dollarına çataraq yenidən rekord vurub.

Qeyd edək ki, “Bank of New York Mellon Corp.” 237 illik tarixə malik olmaqla ABŞ-ın ən qədim bankıdır. Maliyyə qurumu müştərilərinə “Bitkoin”lə alqı-satqı, saxlama və köçürmə xidmətləri göstərmək niyyətindədir. Bundan başqa, bank ənənəvi aktivlərlə “Bitkoin”i bir araya gətirəcək platforma hazırlayır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər