Pandemiyanın yayılması bir çox biznes və fəaliyyət növləri kimi ölkədə avtomobil sektoruna da təsirsiz buraxmayıb. Hamıya məlum olduğu kimi, COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər rəsmi avtomobil bazarında vəziyyəti son dərəcə çətinləşdirmişidir və avto-dilerlərin fəaliyyətinə ciddi zərbələr vurmuşdur. Bütün bunların nəticəsində yeni avtomobillərin idxalı və satışı kəskin şəkildə azalmış, köhnə avtomobillərin idxalda və satışda payı dəfələrlə artmışdır.
Banker.az xəbər verir ki, bu barədə “Avto Azerbaijan” şirkətinin rəhbəri Emil İsmayılov Dövlət Vergi Xidmətinin “Post-pandemiya dövründə vergi sistemi” konfransında deyib.
Müqaisə dövründə işlənmiş və istismar müddəti 10 ildən artıq olan avtomobillərin ölkəyə idxalı, vətandaşların alıcılıq qabiliyyətinin aşağı olmasından və yeni avtomobillərin satışını stimullaşdırıcı amillərin olmamasından irəli gəlir. Nəticədə ekoloji cəhətdən zərərli, və kefiyyəti aşağı olan avtomobillərin ölkəyə idxal olunmuşdur.
COVID-19 pandemiyası ilə əlaqədar tədbiqolunmuş sərt karantin tədbirləri avtomobil biznesi subyektlərinin iqtisadi durumunu son dərəcəyədək zəiflətmişdir. Yaranmış vəziyyətdən çıxış yollarını araşdıraraq, ölkə avtomobil sektorunda davamlıinkişafa nail olmaq, satış göstəricilərini artırmaq, büdcəyə ayrılan vergilərin həcmini yüksəltmək, iş yerlərini qoruyub saxlamaq, ölkə və cəmiyyətin həyatında aktiv iştirak naminə bir sıra təkliflər hazırlanmışdır:
- Yeni avtomobillər üçün imtiyaz və güzəştlərin verilməsi, idxal şərtlərinin yüngülləşdirilməsi. Köhnə avtomobillər üçün idxal şərtlərinin sərtləşdirilməsi.
- Ekoloji təmiz avtomobillərin idxalı və istismarının təşviq edilməsi.
- Ölkədə sivil 2-ci əl avtomobil bazarının formalaşmasının təşviq edilməsi.
- Hüquqi şəxslərin avtoparklarının yenilənməsi üçün maliyyələşdirmə alətlərinin təşviq edilməsi.