9 C
Baku
Thursday, December 12, 2024

Türkiyədə qlobal əmtəə birjası fəaliyyətə başlayır

Türkiyə hökuməti qida məhsullarının ucuzlaşması məqsədi ilə qlobal əmtəə birjasını (TÜRİB) istifadəyə verməyə hazırlaşır.

Bu barədə xarici mətbuata istinadən xəbər veir.

Məlumata görə, TÜRİB qiymət gözləntilərinin əks olunduğu fyuçers müqavilələri əsasında fəaliyyət göstərəcək. Son nəticədə ölkədə meyvə-tərəvəzin qiymətləri fyuçers müqavilələri əsasında müəyyən olunacaq. Bununla yanaşı, istehsalın təşviqi də qiymət sabitliyinə kömək edəcək.

TÜRİB hesabına ildə 200 min əməliyyat aparılacağı, 15 milyard lirə dəyərində 10 milyon tona qədər məhsul realizə ediləcəyi gözlənilir. Həmin məhsullar arasında sertifikatla satılacaq buğda, qarğıdalı və arpa kimi qida və heyvandarlıq sektoru üçün strateji əhəmiyyətə malik bitkilər də olacaq. Alqı-satqıdan əldə edilən gəlirdən 2023-cü ilin sonuna qədər vergi tutulmayacaq. Fermerlər əldə etdikləri qiymətli kağızlar əsasında faizsiz kredit ala biləcəklər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər