Azərbaycanda Kvik startapı fəaliyyətini dayandırıb.
Banker.az-ın əldə etdiyi məlumata görə, Startap test mərhələsində olduğundan və məhsul ilə bağlı əldə olunan nəticələrin öncədən müəyyən olunmuş məqsədlər ilə üst-üstə düşmədiyindən təşəbbüsün dayandırılması qərara alınıb.
Məlumat üçün bildirək ki, Kvik – yeni nəsil mobil əlavə idi. Kvik vasitəsilə siz Banka getmədən, qısa müddətdə rəqəmsal kart sahibi olmaq və rəqəmsal kartlar arasında köçürmələr etmək, ən asası bunların hamısını komissiyasız və sürətli şəkildə etmək mümkün idi.