-3 C
Baku
Sunday, December 15, 2024

Bələdiyyələrlə bağlı elektron xidmət yaradılır

Azərbaycanda bələdiyyələrlə bağlı elektron xidmət yaradılır.

Milli Məclisə daxil olan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ndə qeyd edilir ki, ölkə bələdiyyələri barədə məlumatın əldə edilməsinə dair elektron xidmətin təşkili üzrə işlər yekunlaşdırılıb. Bu elektron xidmətin tətbiqi ilə vətəndaşların bütün bələdiyyələr və 15 mindən artıq bələdiyyə üzvü barədə məlumat əldə etmək imkanı təmin olunacaq.

Qeyd olunan elektron xidmət üzrə məlumat bazasının genişləndirilməsi məqsədi ilə bələdiyyə qulluqçuları barədə məlumatların da daxil edilməsi nəzərdə tutulub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər