Artıq demək olar ki, hər kəs taksit kart sahibidir. Əhalidə taksit karta olan maraq çoxaldıqca, digər banklar da yeni taksit kartlar təklif etməyə başlayıb. Taksit kartlar ilə istədiyimiz ödənişi çox rahat şəkildə etmək mümkündür. Bu növ kartları əldə etməklə istədiyimiz əşyanı, geyimi, məişət texnikası, mebel və s. alıb hissə hissə geri ödə bilərik. Ancaq burada 1 nüans var ki, aldığınız mağaza ilə plastik kartınızın aid olduğu mağaza arasında əməkdaşlıq olsun. Əks halda mağazadan hissəli alış –veriş edə bilməyəcəksiz. Məsələn, siz plastik kartınızın aid olduğu bankla tərəfdaş olan ticarət/xidmət yerlərində (geyim, məişət texnikası, kompüter, telefon, mebel, restoran və s.) mal və xidmət alırsınız. Bu zaman aldıqlarınızın dəyərini kartınızla ödəyə bilərsiniz.
Hazırda ölkəmizdə taksit kart təqdim edən bankları artıb. Belə ki, Siz DəmirBank, Bank of Baku, Yapı Kredi Azərbaycan, Unibank, Expressbank, Kapital Bank, AG Bank və Bank Respublikanın taksit kartlarından faydalana bilərsiniz.
Aşağıdakı şəkildə cədvəldə Bankların təqdim etdikləri taksit kartlar üzrə göstəricilər ilə tanış ola bilərsiniz.
Qeyd edək ki, cədvəldəki ardıcıllıq əlifba sırasına əsasən təşkil olunub.
AG Bank – Həzz Kart
Həzz Kart əldə etmək istəyənlər banka şəxsiyyət və iş yerindən arayış təqdim etməlisiniz. Hər etdiyiniz alış-verişin ödənişini isə növbəti ayın 1- 11-dən ödəməlisiniz.
Kart üçün əsas göstəricilər
- Kartın müddəti: 36 ay
- Kartın qiyməti: Pulsuz
- Məbləğ: 300 – 6 000 AZN
- Yaş həddi: 18- 65
- Zamin: Tələb olunmur
DəmirBank – Dəmir taksit
DəmirBank Ay kart taksit kartının istifadəsini dayandırmasına baxmayaraq, digər bir taksit kartını sizə təqdim edir. Belə ki DəmirBankın Dəmir Taksit kartından istifadə edə bilərsiniz.
Kartın 70%-ə qədər məbləğini istənilən vaxt məxaric edə bilərsiniz.
- Kartın müddəti: 36 ay
- Kartın qiyməti: Pulsuz
- Məbləğ: 300 – 2 000 AZN
- Yaş həddi: 18- 65
- Zamin: Tələb olumur
DəmirTaksit üzrə bölgü və hesablanan faizlər:
- 0 – 50 AZN – 1 ay- Komissiya – 3 %
- 51 – 100 AZN – 3 ay- Komissiya – 5.5 %
- 101 – 200 AZN – 6 ay – Komissiya – 9.5 %
- 201 – 2000 AZN – 12 ay – Komissiya – 19 %
Yapı Kredi Azərbaycan – Worldcard
Nağd pula ehtiyacınız olduğu zaman, Worldcardınızdan nağd avans çəkə bilər, 3-12 ay arası sabit hissə və çox uyğun faizlərlə rahat bir şəkildə geri ödəyə bilərsiniz.
Worldcardınıza bağlı şəkildə işləyən Virtual Worldcard, internet mühitində təhlükəsiz alış-veriş etmənizi təmin edər.
World ilə Ölkədən Xaricdə Olan Xərclər- Worldcard istifadəçilərinin şəxsi istəyinə əsasən, Avro bölgəsindəki bütün əməliyyatlar üçün Avro valyutasından, qalan bütün digər ölkə xarici əməliyyatlar üçün isə ABŞ Dolları valyutasında ibarət hesab bildirişi yaradılır və Worldcard istifadəçiləri borclarını bu pul vahidləri ilə ödəyə bilərlər.
- Yapı Kredi Telefon Mərkəzi
- SMS Məlumat Xidməti
- Worldcardın Ünvana Çatdırılması
- Poçt Vasitəsilə Hesab Bildirişlərinin Göndərilməsi
- E-Mail Vasitəsilə Hesab Bildirişlərinin Göndərilməsi
- SMS Bankçılıq
- SMS Xəbərdarlıq
Bank of Baku – Bolkart
Bolkartı bankla partnyor olan tanınmış geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası və mebel mağazalarında, habelə restoran, supermarket və digər ticarət obyektlərində istifadə edə bilərsiniz.
Kartın üstünlükləri:
- Kart pulsuzdur və Bolkartla dünyanın istənilən ölkəsində alış-veriş etmək olar
- Kartla alınan mal və ya xidmətlərin dəyərini bölüb, aylar ərzində ödəmək olar
- Ödənilən vəsait kart hesabında yenidən bərpa olunur və kartın müddəti ərzində dəfələrcə istifadə oluna bilər.
- Bank of Bakunun partnyor mağazalarından alış-veriş edə bilərsiniz. Əldə etdiyiniz mal Bankın partnyor ilə razılaşmasından asılı olaraq 1,3,6 və ya 12 bərabər hissələrə bölünür.
Unibank – Albalı Plus kart
*Kartın balansı: 300 – 10 000 AZN
*Kartın qiyməti: Pulsuzdur
*Kartın müddəti: 60 ay
*Yaş həddi: 18-70
*Zamin: Tələb olunmur
Unibankın partnyor mağazalarından alış-veriş edə bilərsiniz. Əldə etdiyiniz mal Bankın partnyor ilə razılaşmasından asılı olaraq 1,3,6,12 və 18 bərabər hissələrə bölünür.
Expressbank – SmileCard
Digər kredit kartlarında olduğu kimi SmileCart ilə də pulunuzu nağdlaşdırmaq, internetdə onlayn alış-veriş etmək və nağdsız ödəniş həyata keçirə bilərsiniz. Siz SmileCartınızı həm ölkəmizdə həm də xaricdə istifadə edə bilərsiniz. Kart üçün tətbiq olunan şərtlər isə aşağıdakılardır.
- Kartın qiyməti: pulsuzdur
- Kartın müddəti: 60 ay
- Kreditin məbləği: 500 -3 000 AZN
- İllik faiz: 0%
- Komissiya haqqı: 6-12%
Kart üçün tətbiq olunan şərtlərə əsasən, kartın istifadəsi zamanı xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür. Bu zaman 6% və 12% əlavə faiz haqqı ödəməli olacaqsınız. Yəni SmileCard 6ay -6%, SmileCard 12ay -12% ödənilir.
Hər ay ərzində ödəməli olacağınız məbləğ isə kartınızda bərpa olunacaq və siz həmin məbləği təkrar istifadə edə biləcəksiniz. Həmçinin SMS xəbərdarlıq ilə borcunuzun nə qədər olması haqqında məlumat ala biləcəksiniz. Ödənişlərinizi isə ayın 1-10 kimi həyata keçirməlisiniz.
Smile Card –ın üstün cəhətlərindən biri də istəyinizdən asılı olaraq 6 və ya 12 aylıq kart əldə etməyiniz mümkündür. Bu zaman 6 aylıq kart əldə etmisinizsə ödənişlər etdiyiniz zaman sizdən 6%, komissiya haqqı, 12 aylıq kart əldə etdiyiniz zamana isə sizdən 12% komissiya haqqı tutulacaqdır.
ASB Bank -Extra Cart
Extra Card ilə partnyor olan alış-veriş və xidmət məntəqələrindən satın alınan xidmət və ya malların dəyərini 12 ayadək faizsiz olaraq hissələrlə ödəmək və xərclədikcə bonus qazanmaq mümkündür.
- Kreditin məbləği: 100 – 1 500 AZN
- Kartın müddəti: 36 ay
- Kartın qiyməti: pulsuz
Extra Kartın üstünlükləri:
- Normal bir kredit kartının bütün xüsusiyyətləriylə yanaşı alış-verişlərdə taksit edə bilməsi, yəni faizsiz hissələrlə ödəməyə imkan verməsi.
- Xərclədikcə bonus qazandırması, qazanılan bonusların yığıla bilməsi və ya məhdudiyyətsiz olaraq xərclənə bilməsi.
- Tək bank hesabı ilə həm kart hesabının həm də bütün bank əməliyyatlarının idarə edilə bilməsi.
- Filialdan bir dəfə təlimat verərək hər ay kredit kart borclarının avtomatik olaraq cari hesabdan ödənə bilməsi.
Kapital Bank – Kapitalkart
- Bankın partnyoru olan ticarət və xidmət nöqtələrində istifadə edilmiş məbləğlər üzrə: 1-12 ay arası, 18 ay və 24 ay
- Partnyor olmayan mağaza və xidmət nöqtələri (həm ölkə daxilində, həm də xaricdə) və internetdə
- İstifadə edilmiş məbləğlər üzrə: 12 ay
- Kapital Banka məxsus bankomatlarda (ATM-lərdə) edilən nağdlaşdırma əməliyyatları üzrə: 1 ay, 3 ay və 6 ay
- Kart üçün limit Bankın əməkdaşları tərəfindən ödəniş qabiliyyətinizə əsasən müəyyən edilir. Təqdim olunan məbləğ isə 300 -3 000 AZN-dəkdir.
Kapitalkartı kimlər əldə edə bilər?
Əgər Kapital Bankdan maaş və pensiya kartınız varsa, o zaman təkcə şəxsiyyət vəsiqəsi ilə filiala müraciət edərək kart sahibi ola bilərsiniz. Əks halda isə, Siz Kapitalkart sahibi ola bilməyəcəksiniz.
- Kartın qiyməti -Pulsuz
- Kredit xəttinin müddəti – 36 ay
- Kartın balansı – 300-3 000 AZN
- Taksit müddəti – 1-6 ay
- Komissiya haqqı- 1 ay-3%, 3 ay- 6%, 6 ay-10%
Nikoil Bank – Tele Kart
Tele Kart limiti bərpaolunan, mal və xidmətləri faizsiz ödəmək imkanını verən kredit kartıdır. Telekartla bankın tərəfdaşları şəbəkəsində alış- veriş edən zaman faiz ödəmədən və kredit borcunuzu banka hissə hissə ödəyirsiniz.
- Kartın qiyməti -Pulsuz
- Kredit xəttinin müddəti – 25 ay
- Ödəniş Hər növbəti ayın 10-dək
- Kartın balansı – 300-8000 AZN
- Taksit müddəti – 1-12 ay
Bank Respublika- Pay Kart
Bank Respublika-nın plastik kartına sahibsinizsə PayKart adlı bonus sistemindən istifadə edə bilərsiniz.
Plastik kartınızla partnyor şirkətlərin şəbəkəsində nağdsız qaydada alış-veriş edərkən, sistemin konkret partnyorundan asılı olaraq – hər alış-verişdə məbləğin 15%-dək sizə bonus şəklində “Pay” verilir. Bu “Pay”lar sizin plastik kart hesabınızda toplanılır. Toplanılmış “Pay”lar partnyor şirkətlərin şəbəkəsində alış-veriş edərkən istifadə oluna bilər. Ancaq yığılan paylarınızı nağd qaydada çıxa bilməzsiniz. Bonus hesabınızın yoxlamaq üçün bankomat, sms, mobilmank, pos terminaldan istifadə edə bilər və ya Bank filiallarına müraciət edə bilərsiniz.
Bank Respublika-nın bütün plastik kartları avtomatik olaraq bu sistemə qoşulub. Paylar qazanmaq üçün əməkdaş mağazadan alış-veriş edərkən, pay qazanmaq istədiyinizi bildirməniz kifayətdir. Əgər plastik kartınızla ödəniş edərkən pay qazanmaq istədiyinizi bildirməsəniz, bu zaman əlavə pay qazanmayacaqsınız.
Ölkənin təqdim etdiyi bütün taksit kartları üzrə göstəriciləri sizə təqdim etdik. Sonda isə qərar sizindir. Sizə daha uyğun olan bankın kartını özünüz seçə bilərsiniz.