“Tesla” və “SpaceX” şirkətinin rəhbəri İlon Mask Prezident Vladimir Putini “Clubhouse” səsli sosial şəbəkəsində danışmağa dəvət edib.
TASS xəbər verir ki, Mask bu barədə “Twitter” hesabında yazıb.
Kremlin rəsmi hesabından bəhs edən nəhəng iş adamı “Clubhouse”da söhbət etmək üçün mənə qoşulmaq istərdinizmi?”, deyə Putinə sələnib.
“Sizinlə danışmaq böyük qürur olardı” – Mask rus dilində əlavə edib.