8 C
Baku
Thursday, December 12, 2024

İmtina edin!!!

İnsan psixologiyasının özünəməxsus olması heç kimə sirr deyil. Sahib olduğumuz bir çox vərdişlər həyatımız boyu bizi külli sayda çətinliklərdən xilas edə, lazımi nəticələr əldə etməyə kömək edə bilər. Lakin bununla belə bizlərdən hər birimiz həyatımızı daha da çətinləşdirən, onu dözülməz edən vərdişlərə sahib ola bilər. Bu vərdişlərdən isə bir an öncə imtina etmək lazımdır. Özünüzü nəzərdən keçirin və əgər siz də bu vərdişlərə sahibsinizsə düşünmədən imtina edin!

Bəs bu vərdişlər hansılardır:

  • Sevmədiyin bir şeyə dözmək.
  • Özünüqiymətləndirməni endirən insanlarla ünsiyyət qurmaq.
  • Digərləri nə deyər deyə düşünmək.
  • Hər şeyi nəzarət altında saxlamağa çalışmaq.
  • Axın istiqamətində üzmək və daha az müqavimət göstərmək.
  • Öz düşüncə və hislərini gizlətmək.
  • Risk etməkdən qorxmaq.
  • Daim özünü deyil, digərlərini düşünmək.
  • Hamının xoşuna gəlməyə çalışmaq.
  • Yaxınlarınızı və valideynlərinizi unutmaq.
  • Bütün boş zamanını 4 divar arasında keçirmək.
  • Daim tələsmək.
  • Özünü mühakimə etmək.
  • Səhvlərdən qorxmaq.
  • “Mən bacarmaram” demək və uğursuzluğa köklənmək.
  • Özünü digərləri ilə müqayisə etmək.
  • Keçmişə ilişib qalmaq.
  • Yalnız gələcəyi düşünmək.
  • Həyatdan gileylənmək.
  • Lazımsız əşyalar almaq və saxlamaq.
  • Səhvləri təkrarlamaq.
  • Paxıllıq etmək.

Son xəbərlər
Digər xəbərlər