20 C
Baku
Monday, October 7, 2024

Azərbaycanda mobil rabitə sektorunun gəlirləri azaldığı halda, Naxçıvan gəlirlərini artırır

2021-ci ilin  yanvar ayında Naxçıvan Muxtar Respublikasında ümumi xidmətlərin 72.1%-i mobil rabitənin payına düşüb.

Banker.az  Naxçıvan Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar ayında Muxtar Respublikada mobil rabitə xidmətlərinin dəyəri ötən ilin müvafiq dövrünün göstəricisini 1.4% üstələyərək 3 milyon 225 min manat təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 73.6 mln. manat təşkil edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu, 5%-dək azalma deməkdir.

Hesabat dövründə Naxçıvanda informasiya və rabitə xidmətlərinin dəyəri isə 4 milyon 473 min manat təşkil edib ki, bu da 2020-ci ilin eyni ayı ilə müqayisədə 9.8% artım deməkdir.

Son xəbərlər
Digər xəbərlər