“Mən özüm də peyvənd olunmuşam, heç bir yan təsiri yoxdur”.
“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə fevralın 15-də keçirilən “COVID-19 pandemiyası və peyvəndləmənin geosiyasi aspektləri” mövzusunda beynəlxalq vebinarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Əhali arasında risq bölgüsünə gəlincə, bununla bağlı konkret mülahizələr görürük. Lakin bu məsələdə hər kəsin təhlükəsizliyini təmin etmək zərurəti dərk edilməlidir. Milli peyvəndləmə də ciddi mövzudur”, – H.Hacıyev vurğulayıb.