9 C
Baku
Thursday, December 12, 2024

Banklara 55 mln dollar satıldı – tələb daha 2% düşdü

Fevral ayının 16-da Azərbaycan Mərkəzi Bankında gerçəkləşən 5-ci valyuta hərracının nəticələri açıqlanıb.

Banker.az AMB-yə istinadla xəbər verir ki, Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir. Hərracda tələb 55 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir. Bu da son valyuta hərracı ilə müqayisədə 2% az olması deməkdir.

Beləliklə, bu göstərici ilə sentyabrın 5-ci hərracından (54 mln dollar) ən aşağı göstərici qeydə alındı.

Fevral ayının ilk 5 hərracı ərzində isə cəmi 288.4 mln dollar ekvivalentində valyuta satılıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışdır.

213

Son xəbərlər
Digər xəbərlər