Rəqəmsal birjalarda kriptovalyutaların qiymətində artım sürətlə davam etməkdədir. Banker.az bu barədə CoinDesk-dəki Bakı vaxtı ilə 11:55 radələrinə istinadən xəbər verir.
Ötən gün tarixi rekordla 50 min dolları ötən məşhur kriptovalyuta bitkoinin qiyməti $51 300-ə çatıb. Bu da günlük 4%-ə qədər artım deməkdir.
Qiymət artımında əsas stimul böyük şirkətlərin bu kriptovalyutaya yatrım etməsidir. Məsələn, ən populyar xəbərlərdən biri Elon Maskın şirkətinin bitkoinlə bağlı 1.5 mlrd. dollar alış edəcəyidir. Digər şirkər isə “MicroStrategy Inc.”-dir. Bu şirkət 600 mln. dollar dəyərində istiqrazlarını sataraq, əvəzində bitkoinə yatırım edəcəyini bildirib.
Bitkoinin hazırda kapitalizasiyasının ümumi bazar dəyəri $954.12 milyard təşkil edir.
Qeyd edək ki, son 24 saat ərzində bitkoinin qiyməti $47 866 dollara qədər minimal qiymət göstərib.