İtaliyanın antimonopoliya tənzimləyicisi “Facebook” sosial şəbəkəsini 7 milyon avro cərimə edib.
Banker.az “TASS”a istinadən xəbər verir.
Bildirildiyi kimi, şirkət istifadəçi məlumatlarına münasibətdə yolverilməz hərəkətlərdə günahlandırılır.
Antimonopoliya idarəsi “Facebook-un qeydiyyatdan keçərkən istifadəçiləri yanıltdığını” müəyyən edib. Belə ki, yeni hesabların aktivləşdirilməsi zamanı sosial şəbəkə “istifadəçilərin təqdim etdikləri məlumatların toplanması haqqında dolğun informasiya təqdim etmir”və bu, onların hüquqlarının pozulması anlamına gəlir.