12 C
Baku
Wednesday, December 11, 2024

Marketinq nəyə görə vacibdir?!

Marketinqin vacibliyi ondan ibarətdir ki, marketinq – bazarın modelini və müştərinin psixoloji portretini yaratmaq imkanı verir. Bazar modeli də öz növbəsində bazarı daha yaxından görməyə və özlüyündə nə təqdim etdiyini öyrənməyə şərait yaradır. Marketinq vasitəsilə bazarın “vizuallaşdırılması” həyata keçirilir.

Ömrünüzdə heç vaxt qlobus və yaxud planetimizin xəritəsini görməsəydiniz Yer kürəsinin necə göründüyü barədə istənilən təsəvvürə malik olmayacaqdınız. Qlobus – Yer kürəsinin vizuallaşdırılması, modelidir. Belə bir model Yer kürəsini daha yaxından tanımağa imkan verir. Əgər əvvəllər belə bir təcrübəyə malik deyildinizsə demək siz onun haqqında yalnız intuitiv təsəvvürə maliksiniz. Bununla əlaqədar olaraq bazara çıxıb çıxmamağınız ilə bağlı şübhələr yaranmağa başlayır.

Marketinq alətlərindən istifadə edərək satışların həcmini, gəliri, mənfəəti proqnozlaşdırmaq mümkündür. Bu növ məlumatlar konkret bazarda işin təşkili ilə bağlı düzgün qərarlar verməyə kömək edir. Sözügedən bu məlumatlar isə olmadan ümid intuisiyaya qalır.

Marketinqin əsas vacibliyi isə ondan ibarətdir ki, marketinq vasitəsilə istehlakçılardan geri məlumat toplamaq mümkündür. Geri məlumat toplama olmadıqda isə lazımi düşüncə formalaşmır və istehlakçıya məhz nəyin lazım olduğunu təxmin etmək çətinləşir. Bu zaman təcrübə öz yerini qorxu və riskə verir.

Son xəbərlər
Digər xəbərlər