2021-ci ilin ilk ayı ərzində Azərbaycanda neft-qaz sənayesində inkişaf meyliləri fərqli istiqamətlərə yönəlib.
Banker.az yanvar ayı üçün Dövlət Statistika Komitəsinin açıqladığı məlumata istinadən xəbər verir ki, xam neft hasilatının həcmi 3 080.6 min ton təşkil edib. Bu da 2020-ci ilin müvafiq dövrü üzrə müqayisədə 3.9% azalma deməkdir.
Təbii qaz hasilatının həcmi yanvar ayı üzrə 3 518.4 milyon m3 olub ki, bu da öncəki illə müqayisədə 0.6% artım deməkdir.
Hasil edilmiş təbii qazdan 2 604.4 milyon m3 əmtəəlik olmuşdur. Əmtəəlik qazın həcmi öncəki ilə nisbətən 7.9 faiz artıb.