6 C
Baku
Sunday, December 15, 2024

Bir qrup investor “GameStop”la bağlı qalmaqalın səbəbkarına qarşı iddia qaldırıb

“Reddit” platformasında “Ağlayan pişik balası” ləqəbi ilə tanınan Kit Gill, bilərəkdən bazarda manipulyasiya etməkdə və işinin peşəkarı ola-ola özünü həvəskar kimi qələmə verməkdə günahlandırılır.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

İddiaçıların sözlərinə görə, Kit Gill – həvəskar kimi davranan və mümkün olan bütün qaydaları pozan peşəkar investordur.

İddia Kristian İovin adından “Hagens Berman” şirkəti tərəfindən qaldırılıb. Qeyd edək ki, İovin 200 min dollar dəyərində “GameStop” səhmlərini satıb. Lakin qiymət 400 dollara qalxdıqda, onları geri almalı olub.

“Gillin hiyləgər və manipulyativ davranışı “GameStop” fond bazarının bütövlüyünə xələl gətirməklə yanaşı, sənaye qaydalarının pozulmasına gətirib çıxarıb”, – iddiada bildirilir.

Eyni zamanda, iddiada Kit Grillin çoxlaylı broker lisenziyasına sahib olan peşəkar maliyyə analitiki olduğu göstərilir. İddiaçıların fikrincə, şirkət Grillin bazardakı fəaliyyətinə nəzarət etməli idi.

Xatırladaq ki, Grill “GameStop” şirkətinə 2019-cu ilin iyun ayında sərmayə qoymağa başlayıb. Həmin ildə bir səhmin qiyməti 5 dollar təşkil edib. O, 50 min səhm əldə edib. 2021-ci ilin yanvar ayında isə onlar təxminən 33 milyon dollara çevrilib.

ABŞ-ın Ədliyyə Nazirliyi “Reddit”dəki investorların fəaliyyəti ilə bağlı istintaqa başladığını elan edib.

Son xəbərlər
Digər xəbərlər