“Yeyinti məhsulları haqqında” qanunun 7-ci maddəsinə əsasən, ötən gün qida məhsulları sahəsində fəaliyyət göstərən 30 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Həmin tarixdə 6 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
S/S | Subyektin adı | Fəaliyyət istiqaməti | İmtina səbəbi |
1 | ADİL MÜSLÜMOV SADAY OĞLU | İstehsal | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil |
2 | ELMAR-94 MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ | İlkin istehsal | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil |
3 | QULU MƏMMƏDQULİYEV ƏHLİMAN OĞLU | İstehsal | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil |
4 | AYAZ ALLAHVERDİYEV ALLAHVERDİ OĞLU | Pərakəndə satış | Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir |
5 | ANAR İSMAYILOV İSMAYIL OĞLU | Topdan satış | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil |
6 | LƏTİF LƏTİFOV QİNYƏT OĞLU | Qablaşdırma | Sahibkar hal-hazırda fəaliyyət göstərmir |
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.