20 C
Baku
Monday, October 7, 2024

“Nə dövlət, nə polis vətəndaşın cərimələnməsində maraqlı deyil – DİN-dən xəbərdarlıq

Pandemiya şəraitində hər bir şəxs izolyasiya qaydalarına, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına əməl etməlidir.

Banker.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu dövrdə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərə əməl edilməsi vətəndaşların sağlamlığına xidmət edir:

“Nə dövlət, nə polis kiminsə bu qaydaları pozmasına görə cərimələnməsində maraqlı deyil. Pandemiya şəraitində vətəndaşlarımız qaydalara ciddi əməl etməklə, özünü yaxınlarını, bütövlükdə cəmiyyəti bu bəladan qorumalıdır.

Bir sıra dövlətlər tərəfindən pandemiyanın geniş yayılmasının qarşısının alınmasında müəyyən edilən qaydaların yerinə yetirilməsi üçün daha sərt cəza tədbirləri həyata keçirir. Məsələn, tibbi maskalardan istifadə etməyən şəxslər Türkiyədə 219 manat, Almaniyada 307 manat, Böyük Britaniyada 235 manat, Fransada 276 manat, ABŞ-da 510 manatdan 550 manata qədər cərimlər tətbiq edilir. Elə ölkələr var ki, orada daha yüksək cərimələr olmaqla yanaşı, 30 sutka həbs qərarı olan hüquq normaları tənzimlənir.

Hər bir vətəndaşı bu qaydalara əməl etməyə çağırırıq. Qaydalara əməl edən vətəndaşlara isə təşəkkür edirik”.

Son xəbərlər
Digər xəbərlər