Azərbaycanda bu ilin yanvar ayında minik taksilərinin xidmətindən 5 milyon 430 min nəfər istifadə edib.
Banker.az Dövlət Statistika komitəsinin heabatına istinadən xəbər verir ki, illik müqayisədə bu, 16.1% çoxdur
Belə ki, 2020-ci ilin yanvar ayında taksi xidmətlərindən 4 milyon 677 min nəfər istifadə edib.
Azərbaycanda bu ilin yanvar ayında avtobuslarla isə 63 milyon 118 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 51% azdır.
Azalma koronavirus pandemiyası çərçivəsində aprel ayından ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədardır.