-3 C
Baku
Sunday, December 15, 2024

“ABB-Moskva”nın fəaliyyətində ciddi problemlər olmayacaq

Azərbaycan Beynəlxalq Bankı (ABB) törəmə şirkəti olan “ABB-Moksva”nın fəaliyyətində ciddi problemlərin olmasını nəzərdə tutmur.

Bunu ABB-nin baş direktoru Elmir Həbibullayev rus rublunun dəyərdən düşməsinin “ABB-Moskva”nın fəaliyyətinə necə təsir edəcəyi ilə bağlı suala cavab verərkən bildirib.

“Çünki rublun məzənnəsinin dəyişməsi aktivlərin artıb-azalmasına ilə bağlı ola bilər. Yəni birbaşa problem yoxdur”, – deyə E. Həbibullayev bildirib.

Baş direktorun sözlərinə görə, bugünkü statistikaya əsasən, Azərbaycandan Rusiyaya və əks istiqamətdə həyata keçirilən pul köçürmələrin balansında ciddi dəyişiklik gözlənilmir.

“Hələlik biz bu təsiri yalnız rublun qiymətində görürük. Ola bilər ki, rublun dəyərdən düşməsi gələcəkdə Rusiya iqtisadiyyatında, iş yerlərinin sayında problemlər yarada bilər. Lakin hazırda elə bir problem görünmür”, – deyə o qeyd edib.

APA

Son xəbərlər
Digər xəbərlər