6 C
Baku
Monday, December 16, 2024

Azərbaycanda tanınmış şirkətlər qrupuna inzibati protokol yazılıb

“Cənnət Bağı” Şirkətlər Qrupu barəsində inzibati protokol tərtib edilib.

İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə) maddəsi ilə tərtib edilən protokola Quba Rayon Məhkəməsində baxılacaq.

İş hakim Rahim Həsənovun icraatındadır.

Bu xətaya görə, hüquqi şəxslər 5 000 manatdan 10 000 manatadək məbləğdə cərimə edilir.

“Cənnət Bağı” turizm sahəsində fəaliyyət göstərən Şirkətlər Qrupudur. Xızı və Qubada mehmanxana kompleksləri, “Altai Maral” Sağlamlıq Mərkəzi, Mingəçevirdə “Agsaray Deluxe Hotel”i, ilə yanaşı “CB Travel” də şirkətlər qrupuna aiddir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər