Milli Məclisin bu gün keçirilən plenar iclasında “Nizami Abdulla oğlu Səfərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında” sənəd müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra deputatlar N.Səfərovun Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsinə razılıq veriblər.
Qeyd edək ki, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovdur. O, həm də ədliyyə naziridir.