Səudiyyə Ərəbistanı neft istehsalını azaltmayacağını bəyan edib
Bazarlar Neftin qiymətini düşməkdən saxlamaq üçün neft istehsalını azaltmaq imkanımız yoxdur.
Bu barədə Səudiyyə Ərəbistanı neft naziri Ali al-Nuaimi açıqlama verib.
O, bildirib ki, Səudiyyə Ərəbistanı və ya hər hansı bir OPEC üzvü istehsalı azaltsa, onun bazarda payı azalacaq, ona görə bu ölkələrin istehsalı azaltması çətindir və hətta mümkün deyil.
Nazir neftin qiymətinin düşməsində siyasi amillərin olmasını da inkar edir. Bu, Səudiyyə Ərəbistanının ABŞ-nin təkidilə Rusiyanı zəiflətmək siyasəti aparması iddialarına cavabdır.
Qeyd edək ki, dünyadakı neftin 30 faizini OPEC verir. Bu gün Brent markalı neftin qiyməti 63 dollar olub.
ANS PRESS