7 C
Baku
Thursday, December 12, 2024

Türkdilli dövlətlər Azərbaycan iqtisadiyyatına 13 mlrd. dollar investisiya qoyub

Fevralın 24-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) energetika nazirlərinin 1-ci görüşü keçirilib.

Banker.az Energetika Nazirliyinin verdiyə məlumata əsasən xəbər verir ki, “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrlə Azərbaycanın ticarət dövriyyəsi 2009-cu illə müqayisədə 2020-ci ildə 3.5 dəfə artaraq 4.4 milyard ABŞ dollarına çatıb.

Şuraya üzv ölkələrin Azərbaycanın xarici ticarətindəki payı 17.9 faiz təşkil edir. Bu ölkələr 1995-2020-ci illər ərzində Azərbaycan iqtisadiyyatına 13 mlrd. ABŞ dolları həcmində investisiya qoyub. Azərbaycan isə üzv ölkələrin iqtisadiyyatına 18.3 mlrd. ABŞ dolları sərmayə yatırıb.”

Qeyd edək ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan TDƏŞ-in üzvləridir. Macarıstan isə müşahidəçi qismində iştirak edir. 15 oktyabr 2019-cu ildə Bakıda keçirilmiş TDƏŞ-in VII Zirvə Görüşündə Türk Şurasına sədrlik Qırğızıstandan Azərbaycana keçib.

Son xəbərlər
Digər xəbərlər