10 C
Baku
Friday, December 13, 2024

Bayden əcnəbilərin ABŞ-a girişini qadağan edən fərmanı ləğv edib

Co Bayden müəyyən kateqoriyalara daxil olan əcnəbilərin ABŞ-a girişini qadağan edən fərmanı ləğv edib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Xatırladaq ki, bu fərman ABŞ-ın 45-ci prezidenti Donald Tramp tərəfindən qəbul edilib.

“Girişin dayandırılması… ABŞ-ın maraqlarını irəli çəkmir. Əksinə, ABŞ vətəndaşlarının burada ailələri ilə birləşməsinə mane olur və ölkəyə böyük zərər verir”, – deyə Bayden qeyd edib.

Prezidentin sözlərinə görə, bu fərman “dünyanın hər yerindəki istedadları” ABŞ-a cəlb etməyin qarşısını alır.

Qeyd edək ki, Tramp 2020-ci il 22 aprel tarixində koronavirusun mənfi iqtisadi nəticələri səbəbindən bir sıra kateqoriyalı immiqrantların ABŞ-a girsini qadağan etmişdir. Əvvəlcə qərar 60 gün müddətində qüvvədə qalıb, lakin sonra dəfələrlə uzadılıb.

Son xəbərlər
Digər xəbərlər