“Facebook” şirkəti Myanma hərbçilərinin “Facebook” və “İnstaqram” sosial şəbəkələrindən istifadə etmələrinə qadağa qoyub.
“Reuters” xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.
“Fevralın 1-də baş verən çevrilişdən bəri baş verən hadisələr, o cümlədən ölümcül şiddət bu qadağanın tətbiq edilməsinin zərurətini sürətləndirib”, – “Facebook”dan bildiriblər.
Xatırladaq ki, fevralın 1-də Myanma hərbçiləri dövlət çevrilişi edib. Onlar ölkə rəhbərliyinin yerdəyişməsini noyabr seçkilərindəki genişmiqyaslı saxtakarlıqlarla əlaqələndiriblər. Polis ölkənin devrilmiş rəhbərliyini qanunları pozmaqda günahlandırıb. Myanmada bir il müddətinə fövqəladə vəziyyət elan edilib.