-1 C
Baku
Sunday, December 15, 2024

Avstraliya “Facebook” və “Google”u yerli xəbərlərə görə pul ödəməyə məcbur edən qanun qəbul edib

Avstraliya “Facebook” və “Google” kimi rəqəmsal platformaları yerləşdirilən xəbərlərə görə yerli mediaya və nəşriyyatlara ödəniş etməyi məcbur edən qanun qəbul edib.

Banker.az “VC.ru”ya bu barədə istinadən xəbər verir.

Hər hansı bir platformanın Avstraliya agentliklərinə ödəməli olduğu məbləğ hökumət tərəfindən təyin olunmuş arbitr tərəfindən müəyyənləşdiriləcək. Qeyd edildiyi kimi, bu qanun “Facebook” ilə yaranan ziddiyyət səbəbindən qəbul olunub.

Xatırladaq ki, fevralın 17-də “Facebook” Avstraliyada xəbərlərinin paylaşılmasına qadağa qoymuşdur. Məhdudiyyətlər fonunda yerli media xaricdən gələn trafikin 30%-ni itirib. Bundan sonra səlahiyyətlilər güzəştə getməyə, “Facebook” isə məhdudiyyətləri aradan götürəcəyini vəd edib.

Bundan əlavə, “Facebook” üç il ərzində ölkə rəhbərliyi ilə qarşıdurmadan sonra nəşrləri dəstəkləmək üçün 1 milyard dollar xərcləməyə söz verib.

Yaxın üç ildə “Google” xəbərlərə 1 milyard dollar xərcləməyi planlaşdırır. Şirkət əvvəlcə nəşrlər ilə razılığa gəlməyə qərar verib və Avstraliyanın “News Corp” və “Nine Entertaintment” qəzetləri ilə müqavilə imzalayıb.

Son xəbərlər
Digər xəbərlər