2 C
Baku
Saturday, December 14, 2024

Ötən il Azərbaycanın misi xaricə 21% ucuz qiymətə satıb

Azərbaycan 2020-ci ildə xaricə 17.52 min ton həcmində mis filizləri və kondensatı satıb.

Banker.az xəbər verir ki, bu da öncəki illə müqayisədə 21 faiz artım olsa da, dəyər baxımından 4.5 faiz aşağıdır. Azərbaycana misdən gəlirin həcmi $19.77 milyon olub.

Səbəb budur ki, ölkəmiz ötən 2020-də mis filizləri və kondensatının hər kiloqramını $1.13 ixrac olunmasıdır. Bu isə 2019-cu ildə $1.43 ortalama dəyərdə ticarət olunmuşdu. Yəni, $0.30 (21%) son ildə daha ucuz satılmışdır.

Azərbaycanda 2020-ci il ərzində mis filizi istehsalının həcmi 2.64 min ton həcmində mis filizi hasil edilib ki, bu da 19.5% artım dinamikasıdır.

Xatırladaq ki, hazırda dünyada misin hər tonunun qiyməti tarixi rekorda – $ 9 min dolları ötüb.  Bunun səbəbi isə bu əlvan metala yaranan tələblə paralel, təchizat qıtlığının yaranma təhlükəsidir.

Son xəbərlər
Digər xəbərlər