“Unibank KB” ASC-nin 20 milyon manatlıq istiqrazlarının emissiya prospekti dekabrın 15-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydə alınıb. Tədavül müddəti 2 il olan istiqrazlar üzrə illik faiz dərəcəsi 9.75%-dir. Oxşar məbləğ üzrə əvvəlki buraxılış bank tərəfindən 4 dekabr 2014-cü tarixində tam şəkildə və vaxtında ödənilib. Yeni buraxılış üzrə faiz kuponu əvvəlki ilə müqayisədə daha aşağıdır. Bu, Unibank-ın kapital bazarlarında mövqeyinin daha da güclənməsi və investorların Bankın istiqrazlarına olan maraqlarının artması ilə əlaqədardır. Bankın maliyyə sabitliyi, keyfiyyətli və diversifikasiyalı kredit portfeli beynəlxalq qurumlar tərəfindən də hər zaman qiymətləndirilib. Bankın bazarda mövqeyinin güclənməsi, Beynəlxalq reytinq agentliklərinin dəyərləndirmələrində də öz əksini tapıb.
Yerləşdirmənin anderrayteri qismində Unicapital və maketmeykeri kimi PAŞA Bank çıxış edir. Yerləşdirilmə Bakı Fond Birjasında dekabrın 24-də həyata keçiriləcək. Cəlb olunmuş vəsaitləri Unibank kiçik və orta biznesin maliyyələşdirilməsi üçün istifadə etməyi planlaşdırır.
Qeyd edək ki, bu ilin 11 ayı ərzində Unibank biznesə verilən kreditlərin yüksək artımına nail olub. Bank biznesə dəstəyini 56% manat artıraraq 208 milyon manata çatdırıb. 2014-cü ilin 11 ayı ərzində Unibank-ın aktivləri 17% artaraq 865 milyon 536 min manata, kredit portfeli də 17% artaraq 696,9 milyon manata çatıb. Hesabat dövründə bankın müştərilərinin sayı da 37% artaraq 711 minə yaxınlaşıb.
Unibank-hər kəsin bankı