6 C
Baku
Sunday, December 15, 2024

Dövlət Neft Fondu 2021-ci ildə manatın qorunmasına görə $1.08 mlrd. valyuta satmalı oldu

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta hərracında satdığı xarici valyutanın həcmi məlum olub.

Banker.az-ın Monitorinq Qrupu açıqlayır ki, ARDNF Azərbaycan manatının qorunmasına görə fevralda 8 hərracda 440.4 milyon ABŞ dollarından keçib.

Yanvarda ümumilikdə yeddi valyuta hərracı gerçəkləşsə də, cəmi 644.5 milyon dollar, yaxud fevraldakından 46 faiz yüksək göstərici qeydə alınmışdı.

Fevralda qeydə alınan ümumi dollar satışının həcmi 2020-ci ilin iyunundan (373.2 mln dollar) bu tərəfə ən aşağı göstəricidir.

Bununla da 2021-ci ildə ümumilikdə on beş valyuta hərracında manatın məzənnəsinin qorunması naminə 1 milyard 84.9 milyon dollarından keçməli oldu. Bu 2020-ci ilin müvafiq dövri ilə müqayisədə 29% artımdır.

343445345454545454f

Son xəbərlər
Digər xəbərlər