10 C
Baku
Friday, December 13, 2024

Gürcüstan vətəndaşlığının bərpası müddəti uzadıla bilər

Gürcüstandan kənarda yaşayan şəxslərə ölkə vətəndaşlığının saxlanılması və bərpası üçün əlavə müddət təqdim olunacaq.

Bununla bağlı Gürcüstanın “Vətəndaşlıq haqqında” qanununa dəyişikliklər nəzərdə tutulub.

Layihəyə əsasən, müddət 2022-ci ilin dekabrın 31-dək uzadılacaq.

Sənəddə qeyd olunub ki, Gürcüstanın keçmiş vətəndaşları, həmçinin 15 avqust 2018-ci il tarixinədək vətəndaşlığını itirməyən şəxslərə vətəndaşlıqlarını bərpa etmək və ya saxlamaq hüququnu həyata keçirmək imkanı veriləcək.

Bununla yanaşı, 1993-cü ilə qədər doğulan və digər ölkə vətəndaşlığını almayan şəxslər də qeyd olunan tarixədək Gürcüstan vətəndaşlığı ilə bağlı müvafiq orqanlara müraciət edə bilərlər.

Gürcüstan parlamentinin Diaspor komitəsindən bildirilib ki, 2020-ci ildə Gürcüstanın 1 217 nəfər keçmiş vətəndaşı vətəndaşlığın bərpası, 3 186 Gürcüstan vətəndaşı isə vətəndaşlığın saxlanılması ilə bağlı müraciətlər təqdim ediblər.

Qeyd edək ki, 1990-cı illərin əvvəllərində Gürcüstanda yaşayan soydaşlarımız arasında Azərbaycana üz tutanlar üstünlük təşkil edib. Onların əksəriyyəti Gürcüstan vətəndaşlığından imtina edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər